Müraciət et

Sifariş et

Daxil ol

Təmir

Progress Garden,Təmir
Rəsmi nümayəndəsi olduğumuz brendlərin servis təlimçiləri tərəfindən mütəmadi təlim alan servis mütəxəssislərimiz satış sonrası yarana biləcək nasazlıqların ən qısa zamanda və minimal məbləğ müqabilində aradan qaldırılması üçün müştərilərimizə əllərindən gələn dəstəyi göstərməyə hər zaman hazırdırlar. Ehtiyyat hissələrinin motorlu texnika satışında ən vacib amili olduğunu dərk edərək firmamız satılan bütün aparatların və alətlərin ehtiyat hissələrini maksimum şəkildə stokda saxlayır və bu sahə üzrə Azərbaycanda ən geniş çeşidli ehtiyat hissələri anbarına malikdir.

Zəmanət müddəti malın istehlakçıya təhvil tarixindən etibarən başlayır və 6 (altı) aydır.

Zəmanət Proqres Xüsusi Firması tərəfindən təmin edilir. İstehlakçının bu talonda qeyd edilmiş tələbləri qarşısında satıcı, satış nöqtəsi, vasitəçi, istehsalçı və rəsmi idxalçı bilavasitə məsuliyyət daşıyır.

Məhsulun nasazlaması halında, təmirdə keçən müddət zəmanət müddətinə əlavə edilir. Məhsulun təmir müddəti ən çox 20 iş günüdür. Bu müddət məhsulla bağlı nasazlığın rəsmi servis nöqtəsinə bildirilmə tarixindən etibarən başlayır.

Məhsulun nasazlığında istifadə xətalarının olub-olmamağı rəsmi servis nöqtəsində müəyyənləşdirilir.

Zəmanət xarici nüanslar

1. Məhsulun istifadə təlimatında yer alan nüanslara zidd olan istifadədən qaynaqlanan nasazlıqlar zəmanət əhatəsinə aid deyil.

2. İstifadə təlimatının və zəmanət şərtlərinin oxunması və düzgün şəkildə tətbiq edilməsində istehlakçı məsuliyyət daşıyır.

3. Zəmanət şərtləri və müxtəlif ehtiyat hissələrinin zəmanətə daxil olub-olmaması istehsalçı firmalar tərəfindən tənzimlənir.

4. Məhsulun nəzərdə tutulduğu istifadə yerindən başqa yerdə tətbiqindən qaynaqlana biləcək nasazlıqlar, sağlamlığa yetirilmiş xəsarətlərdə rəsmi idxalçı şirkət Proqres Xüsusi Firması və istehsalçı şirkət məsuliyyət daşımır.

5. İstehlakçı məhsulun texniki baxış və təmizlik işlərini mütəmadi olaraq və vaxtında etdirməlidir. Bu nüansların vaxtlı-vaxtdında yerinə yetirilməməsi halında zəmanət etibarsız sayılır.

6. Proqres Xüsusi Firması tərəfindən təsdiq edilməyən, original olmayan alət və aksesuarların istifadəsi nəticəsində ortaya çıxan nasazlıqlarda və rəsmi olmayan servislər və şəxslər tərəfindən məhsulun baxışı və tənzimləmələrində dəyişikliklərin edilməsi halında zəmanət etibarsız sayılır.

7. Təbii fəlakət, yanğın və qısaqapanmalardan yaranan nasazlıqlar zəmanətə daxil deyildir.

8. Məhsulun və ya üzərindəki hissənin seriya nömrəsinin dəyişdirilməsi və ya tərif edilməsi halında zəmanət keçərsiz sayılır.

9. Məhsulun istehlakçıya təhvilindən sonrakı istifadə, daşınma, saxlanmasından qaynaqlanan zədə və nasazlıqlar zəmanət əhatəsi xaricindədir.

10. Proqres Xüsusi Firmasının təsdiqləmədiyi servislər və ya şəxslər tərəfindən məhsul üzərində hərhansı bir təmir işinin aparılması halında zəmanət keçərsiz hesab edilir.

11. Məhsulun nəzərdə tutulmadığı məqsədlər və şərtlərdə istifadə edilməsi halında zəmanət keçərsiz hesab edilir. Məsələn, məhsulun nəzərdə tutulduğu həcmdən artıq istifadəyə məcbur edilməsi ya da həvəskar sinifə aid olan texnikanın professional məqsədlə istifadəyə məcbur edilməsi istifadə şərtlərinə zidd qəbul edildiyi üçün, adıçəkilən səbəblərdən dolayı yaranan nasazlıqlar zəmanət əhatəsində xarici kimi qəbul edilir. İstehlakçı aparatla bağlı ondan istənilən məlumatları düzgün çatdırmaqda məsuliyyət daşıyır.

12. Məhsulun ilk işəsalınması və təhvili satış nöqtəsi tərəfindən təyin olunan şəxs tərəfindən müştərinin yanında edilməlidir. Əkshalda yaranan quraşdırılma və ilk işəsalma nasazlıqları zəmanət əhatəsində deyildir.

13. Zəmanət müddətini ötmüş nasazlıqların aradan qaldırılması üçün edilən servis xidməti və ehtiyat hissəsi xərci ödənişlidir.

14. Müştərinin zəmanət əhatəsində olan məhsullarla bağlı şikayətləri zamanı zəmanət talonu, qaimə-faktura və kimlik məlumatlarını təqdim etməlidir.

Bizi sosial şəbəkələrdə izləyin

Müraciət et

Bağınız üçün hər şey!

Tələb olunan xanaları doldurun və ən qısa zamanda nümayəndəmiz tərəfindən sizə özəl hazırlanmış qiymət təklifini əldə edin.